• 22 °C
|

Çin Yer kürəsini “Asteroid təhlükəsindən” qorumaq üçün mütəxəssis qrupu yaradır

11 Fevral 2025
img

Çin asteroidlərin və digər göy cisimlərinin yaratdığı təhlükələrə qarşı mübarizə aparmaq üçün mütəxəssislərdən ibarət komanda formalaşdırmağa başlayıb.

APA xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Bu qrupun məqsədi asteroidlərin tədqiqi, monitorinqi və asteroid təhlükələri barədə erkən xəbərdarlıq metodlarının işlənib hazırlanmasıdır.