• 16 °C
|

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ olub, 20 nəfər ölüb – YENİLƏNİB

3 Noyabr 2025
img

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

***

07:42

Əfqanıstanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.

Zəlzələnin episentrinin Hulm bölgəsində 35 kilometr cənub-qərbdə olduğu bildirilir.

Mərkəzinin 10 kilometr dərinlikdə olduğu zəlzələnin nəticələri barədə hələlik məlumat verilməyib.

Bölgə rəsmilərinin açıqlamasına görə zəlzələ nəticəsində ən azı yeddi nəfər ölüb, təxminən 150 nəfər isə yaralanıb.