• 15 °C
|

Ərdoğan: F-35-lərin pulu ödənilib, proses nəzarətdə saxlanılır

1 Oktyabr 2025
img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsi məsələsini müzakirə etdiyini bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan sözügedən təyyarələr üçün ödənişin artıq edildiyini vurğulayıb.

“Biz onlara dedik ki, pulu verdik, siz isə hələ də F-35-ləri verməmisiniz. İndi bu prosesi nəzarətdə saxlayırıq”, – Ərdoğan əlavə edib.