• 21 °C
|

Ərəb Liqası və İƏT İsrail parlamentinin qərarını pisləyib

24 İyul 2025
img

Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı İsrail parlamentinin İordan çayının qərb sahiliüzərində İsrailin suverenliyinin tanınması ilə bağlı qəbul etdiyi qərarı qınayıb.

APA “Al-Arabiyya” qəzetinə istinadən xəbər verir ki, bundan başqa Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir, İndoneziya, İordaniya, Nigeriya, Fələstin, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridə İsrail Knessetinin qərarını pisləyib.

Qeyd edək ki, İsrail parlamentinin 70-dən çox üzvü hökuməti İsraili İordan çayınınqərb sahili üzərində suverenliyinin bərqərar edilməsinə çağırış edən qərar qəbul edib.