• 30 °C
|

Fəxrəddin Altun Türkiyənin Vatikan səfiri təyin edilib

7 Mart 2026
img

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sabiq rəhbəri Fəxrəddin Altun Türkiyənin Vatikandakı səfiri təyin edilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bununla bağlı qərar Rəsmi Qəzetdə dərc olunub.

Qeyd edək ki, Fəxrəddin Altun bundan əvvəl Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri vəzifəsində çalışıb.