
HAMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib.
APA xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında bəyanat dərc olunub.
“Həmas Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır”, – bəyanatda deyilir.
Hərəkat həmçinin məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Misir, Qətər və Türkiyəyə, həmçinin ABŞ prezidenti Donald Trampa atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində işlədiyinə görə təşəkkür edib.