• 23 °C
|

Hörmüz boğazında keçən daha bir tanker hücuma məruz qalıb

1 Sentyabr 2026
img

Oman sahilləri yaxınlığında daha bir tanker hücuma məruz qalıb.

APA xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO Omanıın Xəsəb şəhərindən 17 dəniz mili şərqdə baş verən insident barədə məlumat alıb. Hörmüz boğazından çıxış istiqamətində hərəkət edən tankerə naməlum üç mərmi dəyib”, – mərkəzdən bildirilib.

UKMTO-nun məlumatına görə, ekipaj təhlükəsiz vəziyyətdədir və ətraf mühitə ziyan dəyməsi barədə məlumat yoxdur.

Gəminin adı və qeydiyyatda olduğu liman da daxil olmaqla, insidentlə bağlı digər təfərrüatlar açıqlanmayıb.