
İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda dəniz minasına toxunan neft tankerində yanğın baş verdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.
İran tərəfinin iddiasına görə, tanker naviqasiya və radar sistemlərini söndürərək icazəsiz marşrutla hərəkət edib. Mina ilə toqquşma nəticəsində gəmidə yanğın başlayıb.
İranın Tasnim agentliyinin məlumatına əsasən, tanker 2 milyon bareldən çox xam neft daşıyıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı, gəminin kimə məxsus olduğu və mümkün ekoloji zərərin miqyası barədə rəsmi məlumat verilməyib.