• 3 °C
|

Husilər Təl-Əvivdə bir hədəfə hipersonik raket zərbəsi endirdiklərini iddia ediblər

14 Yanvar 2025
img

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri İsrailin Tel-Əvivdəki obyektinə hipersonik ballistik raket atıb.

APA xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.

"Yəmən Ordusunun Artilleriya Qüvvələri Yaffa bölgəsində (Təl-Əviv) İsrailin kritik hədəfinə "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədinə uğurla nail olub", – Saria bildirib.

Bəyanat husilərə məxsus “Al-Masirah” telekanalı tərəfindən yayımlanıb.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin zərərsizləşdirildiyini açıqlamışdı.

Ordunun mətbuat xidməti bildirib ki, raket İsrailin hava məkanına daxil olmamışdan əvvəl ələ keçirilib.