• 25 °C
|

Husilərin Baş Qərargah rəisi öldürülüb

16 Oktyabr 2025

Yəmən Husilərinin Baş Qərargah rəisi Məhəmməd Əbdül Kərim əl-Ğəmari öldürülüb.

APA xəbər verir ki, bu barədə Husilər məlumat yayıb.

Onun öldürülməsinin detalları açıqlanmayıb.

Husilər Ğəmarinin ölümündə İsraili ittiham edib və bu ölkə ilə mübarizənin davam edəcəyini bəyan ediblər.