
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirir.
APA xəbər verir ki,bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, qısa müddət əvvəl Dəməşqdə Suriya hərbi qərargahının giriş qapısı pilotsuz uçuşaparatı iləvurulub.
“İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə senari üçün hazırıq”- İsrail ordusu yaydığı bəyanatda qeyd edib.
Suriya mediası İsrailin Dəməşqə hücumunda iki nəfərin yaralandığını bildrib.
"Reuters"in məlumatına görə isə İsrail ordusu Suriyanın Müdafiə Nazirliyinin binasına hava zərbələri endirib.