
İsrail Müdafiə Qüvvələri(IDF)bu gün QəzzadaHAMAS tərəfindən istifadə olunan daha bir çoxmərtəbəli binaya zərbə endirib.
APA xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
Məlumata görə, vurulan bina HAMAStərəfindən kəşfiyyat fəaliyyəti və əməliyyat məqsədləri üçün istifadə olunub.
Açıqlamada qeyd olunur ki, HAMAS silahlıları həmin binaya müşahidə məntəqələri və izləmə avadanlıqları yerləşdiribki, bu da İsrail ordusunun hərəkətlərini izləmək məqsədi daşıyıb.
O da bildirilibki, binanın yaxınlığında yeraltı tunel infrastrukturu mövcud olub və bu, "terror fəaliyyətlərinin koordinasiyası" üçün istifadə olunub.
BuzərbəIDF-nin dünən QəzzadaHAMAS-ın "terror infrastrukturu" kimi istifadə etdiyi başqa bir çoxmərtəbəli binanı məhv etməsindən sonra endirilib.