18 Yan 2025
İsrail Müdafiə Qüvvələrinin əsgərləri İordan çayının qərb sahilindəki Nablus şəhərində fələstinli qaçqınların sığındığı “Balata” düşərgəsində antiterror əməliyyatı keçirib.
APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Əməliyyat zamanı silahlı şəxslər İDF əsgərlərinə qarşı partlayıcı qurğular yerləşdirib, əl bombaları, Molotov kokteyllər və daşlarla müqavimət göstəriblər.
Qeyd edilib ki, antiterror əməliyyatı zamanı 1 nəfər ölüb 9, nəfər yaralanıb.