• 15 °C
|

İsrail qırıcıları Dəməşqin ətrafına zərbələr endirib

3 Oktyabr 2025
img

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın paytaxtı Dəməşqin qərb və cənub ətraflarını vurub.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail təyyarələri qonşu Livanın hava məkanından yerüstü hədəflərə raketlər atıb. Əl-Kisva qəsəbəsi ərazisinə azı səkkiz zərbə endirilib.

Hazırda hücumunu nəticələri barədə məlumat verilmir.