17 May 2026

Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəs üzrə danışıqların yeni mərhələsinin birinci günü başa çatıb.
APA xəbər verir ki, b barədə Misirin “Əl-Qahirə əl-İxbariya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, məsləhətləşmələr müsbət atmosferdə keçirilib və oktyabrın 7-də davam etdiriləcəyi gözlənilir. Danışıqların ilk gününün nəticələri ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Qeyd edək ki, az əvvəl ABŞ prezidenti Donald Tramp Şarm əl-Şeyxdə dialoqun çox yaxşı getdiyini açıqlamışdı.