• 19 °C
|

Pezeşkian: Azərbaycan və İran bir-birinə kömək edib, sağlam münasibətlər qurmalıdır

27 Aprel 2025
img

Azərbaycan və İran arasında əlaqələrin inkişaf etdirilməsi vacibdir.

APA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian AZTV-yə verdiyi müsahibədə bildirib.

"İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Biz malik olduğumuz bütün potensial və imkanları – iqtisadiyyat, sənaye, elm və digər sahələrdə – qarşılıqlı əlaqələr üçün istifadə edə bilərik. Qonşular olaraq bir-birimizə böyük dəstək verə bilərik," – deyə Pezeşkian bildirib.

O qeyd edib ki, ölkələr arasında sağlam münasibətlərin qurulması üçün əməkdaşlıq genişləndirilməli, universitetlər arasında elmi və mədəni əlaqələr yaradılmalıdır.

“Bu tayla o tay bir-birimizin qohumuyuq. Ona görə də gediş-gəliş üçün yolları açmalı, bir-birimizə kömək etməliyik” – Pezeşkian əlavə edib.