İsrail hökuməti girovlarla bağlı razılaşmanı və Qəzza zolağında atəşkəsi təsdiqləsə İsrailin milli təhlükəsizlik naziri və “Otzma Yehudit” (Yəhudi Gücü) partiyasının lideri İtamar Ben-Qvir istefa verəcək.
APA xəbər verir ki, bu haqda o, keçirdiyi mətbuat konfransında bildirib.
"Bu sövdələşmə qəbuledilməzdir. Əgər bağlanarsa, “Otzma Yehudit” partiyası hökuməti tərk etmək tələbi ilə çıxışedəcək", – o deyib.
Ben-Qvir əlavə edib ki, Qəzza zolağında müharibə yenidən başlasa, “Otzma Yehudit” hökumətə qayıtmağa hazır olacaq.
Siyasətçinin mətbuat konfransı İsrailin əsas televiziya kanallarında yayımlanıb.