|

Si Cinpin: Çin və ABŞ dinc yanaşı yaşamağın düzgün yolunu tapmalıdır

24 Sentyabr 2026
img

Çin və ABŞ yeni dövrdə iki böyük dövlətin dinc yanaşı yaşamasını təmin edəcək düzgün yolu müəyyənləşdirməlidir.

APA xəbər verir ki, bunu Çin Sədri Si Cinpin ABŞ-a dövlət səfərinin ilk günü yaydığı yazılı müraciətində bildirib.

Si Cinpin ABŞ Prezidenti Donald Trampla iki ölkə arasındakı münasibətlər və dünyadakı vəziyyətlə bağlı mühüm məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparacağını bildirib.

Çin liderinin sözlərinə görə, Pekin və Vaşinqton konstruktiv strateji sabitliyə əsaslanan münasibətləri inkişaf etdirməli, müxtəlif sahələrdə əməkdaşlıq və təmas imkanlarını genişləndirməlidir.