• 18 °C
|

Suriya hökumət qüvvələri Sveydaya qüvvə göndərəcək

15 İyul 2025
img

Suriyada hökumət qüvvələri druzların əksəriyyət təşkil etdiyi Sveyda bölgəsinə daxil olacaq.

APA Suriya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hökumət qüvvələrinin sözügedən əraziyə daxil olma səbəbi yerli qəbilələr arasındakı qarşıdurmaya sonqoymaqdır.

Qeyd edək ki, son iki gün ərzində Suriyanın cənubunda druzlar və bədəvi qəbilələr arasındakı qarşıdurmadaölənlərin sayı 100-ə yaxınlaşıb.