• 7 °C
|

Suriya və İraqın şimalında 36 terrorçu zərərsizləşdirilib

5 Yanvar 2025
img

Türkiyə ordusu Suriya və İraqın şimalında 36 terrorçunu zərərsizləşdirib.

APA xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Suriyanın şimalında müəyyən edilən 32 PKK/YPG terrorçusu, İraqın şimalında isə 4 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Harada olurlarsa olsunlar terror təşkilatlarına qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək.”, – məlumatda deyilir.