• 7 °C
|

Yaponiyada dünyanın ən yaşlı insanı vəfat edib

4 Yanvar 2025
img

Yaponiyada dünyanın ən yaşlı insanı kimi tanınan Tomiko İtuka 116 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə “Kyodo” Agentliyi məlumat yayıb.

Məlumatda 1908-ci ildə Osakada anadan olmuş qadının yaşadığı qocalar evində öldüyü bildirilib.

O, 2024-cü ilin sentyabrında İspaniyanın Kataloniya əyalətinin Olot şəhərindən olan 117 yaşlı Maria Branyas Moreranın ölümündən sonra Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı insanı seçilib.