• 21 °C
|

Aİ Kiyevdəki diplomatlarını təxliyə etməyəcək, Ukraynaya hərbi dəstəyi artıracaq

26 May 2026
img

Avropa İttifaqı Kiyevdəki diplomatik missiyasını azaltmaq niyyətində deyil və əksinə, Ukraynaya hərbi dəstəyi artırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə bildirib.

O, Rusiya Xarici İşlər Nazirliyinin Qərb diplomatlarının Kiyevdən təxliyə olunması ilə bağlı xəbərdarlığını şərh edərkən deyib:

“Avropa İttifaqı Kiyevdə diplomatik mövcudluğunu dəyişmədən saxlayacaq. Əksinə, Aİ Ukraynaya hərbi dəstəyi artıracaq”.