• 27 °C
|

Aİ Navalnının ölümündə istifadə olunan kimyəvi maddəyə görə 6 rusiyalı tədqiqatçıya sanskiya tətbiq edib

3 İyul 2026

Avropa İttifaqı Şurası 6 nəfər rusiyalı alim və tədqiqatçıya sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının saytında qeyd olunub.

Bildirilib ki, sözügedən şəxslər rusiyalı müxalifətçi Aleksey Navalnının öldürülməsində istifadə olunan “epibatidin” adlı kimyəvi maddənin yaradılmasına iştirak ediblər.

Sanskiyaya məruz qalanlar arasında “SC Signal” qurumunun labaratoriya rəhbəri İqor Babkin, Texnologiya və Orqanik Kimya üzrə Rusiya Dövlət Araşdırma İnstitutunda kimya tədqiqatçısı İrina Derevyaqina və digərlər var.

Beləliklə, Aİ tərəfindən kimyəvi silahların yayılmasının qarşısının alınması ilə bağlı sanksiya qoyduğu şəxslərin sayı 31 nəfərə çatıb.

Bu şəxslərin aktivləri dondurulur və Aİ ölkələrinə səfəri qadağan edilir.

O, 2024-cü ildə həbsdə olarkən ölüb.