
Avropa İttifaqı Ukraynanın 2026-2027-ci illərdə maliyyələşdirilməsi məqsədilə cəlb etdiyi 90 milyard avroluq kreditə görə hər il büdcəsindən 3 milyard avro faiz ödəyəcək.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Qdanskda keçirilən Ukraynaya investisiya konfransında bildirib.
Onun sözlərinə görə, bu məbləğ Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməməsinin "qiymətidir".
Dombrovskis əlavə edib ki, Avropa Komissiyası gələcəkdə Rusiyanın aktivlərinin müsadirəsi ideyasından imtina etməyib və Ukrayna Rusiyadan reparasiya almasa, bu məsələyə yenidən qayıdılacaq.