
Avropa İttifaqı G7 sammitində Ukrayna üçün 45 milyard avroyadək əlavə maliyyə yardımının ayrılmasını müzakirə etməyi planlaşdırır.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, 90 milyard avroluq yardım paketi Kiyevin 2026-2027-ci illər üzrə maliyyə ehtiyaclarının təxminən üçdə ikisini qarşılayır.
Fon der Lyayen qeyd edib ki, qalan hissənin Ukraynanın tərəfdaşları hesabına cəlb olunması nəzərdə tutulur.
O əlavə edib ki, dəstək proqramı çərçivəsində 9 milyard avroluq ilk tranş ayın sonunadək Kiyevə çatdırılmalıdır.