• 21 °C
|

Britaniya ordusunun helikopteri qəzaya uğrayıb, üç hərbçi həlak olub

3 İyun 2026
img

Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter ölkənin cənub-qərbində qəzaya uğrayıb, nəticədə üç hərbçi həlak olub.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün Devon qraflığının Sourton kəndi yaxınlığında keçirilən təlim uçuşu zamanı baş verib.

Qəzanın səbəbi açıqlanmayıb.