|

Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib

26 İyun 2026
img

Böyük Britaniya Ukraynanın təcili büdcə ehtiyaclarını dəstəkləmək üçün Kiyevə 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin açıqlamasında bildirilir.

Özəl sektorun maliyyələşdirilməsi və investisiyalarını cəlb etmək və ixtisaslı mütəxəssislər üçün iş yerləri yaratmaq məqsədilə Dünya Bankının 3,35 milyard dollarlıq layihəsini dəstəkləmək üçün 500 milyon dollar istifadə olunacaq.

Yaponiya və Almaniya tərəfindən birgə maliyyələşdirilən 880 milyon dollarlıq sosial müdafiə proqramının həyata keçirilməsi üçün əlavə 500 milyon dollar ayrılacaq.

Britaniya hökuməti qeyd edib ki, tərəfdaş ölkələrin zəmanətləri ilə Kiyevə maliyyə yardımının növbəti tranşı 4 milyard dollar təşkil edəcək.