
Türkiyə ilə Pakistan ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmaq hədəfini bir daha təsdiqləyib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Prezident qeyd edib ki, Türkiyə investorlarını Pakistanda daha fəal fəaliyyət göstərməyə təşviq edir. O, həmçinin müdafiə sənayesi, enerji, nəqliyyat, kritik minerallar və informasiya texnologiyaları sahələrində əməkdaşlığın yeni layihələrlə daha da genişləndiriləcəyini vurğulayıb.