|

Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır

5 Noyabr 2026
img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna müharibəsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

NTV xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə bildirib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı müharibənin sonlandırılması ilə bağlı ətraflı müzakirələr aparıldığını qeyd edib.

Ərdoğan Zelenskidən sonra Putinlə də bu barədə müzakirələr aparmağı planlaşdırdığını vurğulayıb.