• 26 °C
|

Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək

27 İyun 2026
img

Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, ölkəsi NATO-nun Ankarada keçiriləcək sammitində Ukraynaya yeni hərbi kredit ayrılmasını dəstəkləməyəcək.

Fitso bu barədə STVR telekanalının “Şənbə dialoqları” proqramında danışıb.

Baş nazir qeyd edib ki, Slovakiya nümayəndə heyətinin mandatında ölkənin Ukrayna üçün növbəti hərbi kredit proqramına qoşulmasına imkan verən heç bir müddəa olmamalıdır.

“Ankaraya gedəcək nümayəndə heyətinin Slovakiyanı hərbi kredit proqramına cəlb etmək imkanı olmaması üçün bütün danışıqları bu istiqamətdə aparacağam”, – deyə Fitso bildirib.

O əlavə edib ki, digər ölkələrin Ukrayna üçün vəsait toplamasına mane ola bilməyəcəklərini anlayır.