
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilk dəfə açıq şəkildə bəyan edib ki, Avropa İttifaqının hərbi-sənaye kompleksi Avropa Komissiyasının nəzarətində olmalıdır.
APA xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
Fon der Lyayen Avropa İttifaqının təzyiq alətləri barədə danışarkən bildirib ki, “enerji, dondurulmuş aktivlər, sanksiyalar, hərbi sənaye və digər təzyiq vasitələri Avropa Komissiyasının əlində qalacaq”.
Bununla belə, Aİ-nin təsis müqavilələrinə əsasən, hərbi və hərbi-sənaye siyasəti hələ də üzv dövlətlərin milli hökumətlərinin müstəsna səlahiyyətlərinə daxildir.
Fon der Lyayenin bu bəyanatı Avropa Komissiyasının müdafiə və hərbi sənaye sahəsində səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı müzakirələrin fonunda səslənib.
Teqlər:Ursula fon der Lyayen, Avropa Komissiyası, Avropa İttifaqı,