• 7 °C
|

Gürcüstan hökumət əleyhinə nümayişlərdə iştirak etmiş 25 əcnəbini deportasiya edib

4 Yanvar 2025
img

Gürcüstan 2024-cü ilin noyabr-dekabr aylarında hökumət əleyhinə nümayişlərdə və iğtişaşlarda iştirak etmiş 25 əcnəbini deportasiya edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan DİN-in məlumatında bildirilib.

Onlardan 10 nəfərin artıq ölkəni tərk etdiyi qeyd olunub. Deportasiya edilənlərin hansı ölkələrin vətəndaşları olduğu qeyd edilməyib.

Hesabata görə, 2024-cü ilin son iki ayı ərzində ümumilikdə 91 əcnəbi deportasiya edilib. 2024-cü ildə Gürcüstan ümumilikdə 430 xarici ölkə vətəndaşını deportasiya edib.