
İsveçrə hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək siyahıya 16 şəxs və yeddi təşkilatı əlavə edib.
APA xəbər verir ki, bu barədə hökumətin yaydığı açıqlamada məlumat verilib.
"15 iyun 2026-cı ildə Federal İqtisadi İşlər, Təhsil və Tədqiqat Nazirliyi Fərmanın 8-ci Əlavəsini (Rusiyaya qarşı sanksiyalar haqqında – red.) dəyişdirib. Əlavəyə on altı yeni şəxs və yeddi yeni təşkilat əlavə edilib", – açıqlamada deyilir.
Sanksiyalar xüsusilə Sevastopol və Rusiyanın digər yeni bölgələrindəki gənclər şöbələrinin rəhbərlərini, müəllimləri və uşaq təşkilatlarının direktorlarını hədəf alıb.
Tədbirlər 16 iyun yerli vaxtla saat 23:00-da qüvvəyə minəcək. Avropa Birliyi müvafiq məhdudiyyətləri 11 may tarixində dərc edib.