• 21 °C
|

İtaliya Rumıniyaya hərbçilər göndərəcək

31 May 2026
img

İtaliya Rumıniya Silahlı Qüvvələrinin hazırlığı missiyası çərçivəsində bu ölkəyə təxminən 100 hərbçi və bir neçə qırıcı təyyarə göndərəcək.

"Repubblica" qəzetinin məlumatına görə, bu əməliyyat əvvəlcədən planlaşdırılıb, lakin ictimaiyyətə açıqlanmayıb.

Nəşr qeyd edir ki, Qalaç şəhərində pilotsuz uçuş aparatının yaşayış binasına çırpılmasından sonra missiyanın əhəmiyyəti daha da artıb.

Xatırladaq ki,mayın 29-na keçən gecə Rumıniyanın Qalaç şəhərində dronun yaşayış binasına çırpılması nəticəsində iki nəfər xəsarət alıb.