17 May 2026

İtaliyanın Modena şəhərində avtomobil insanların üzərinə sürülüb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
“Il Giornale” qəzetinin məlumatına görə, avtomobili idarə edən 31 yaşlı şəxs hadisə yerindən qaçmağa çalışarkən ona mane olmaq istəyən bir nəfərə bıçaqla hücum edib.
Yerli KİV-lərin məlumatına əsasən, yaralılardan biri hər iki ayağını itirib. Hadisə ilə bağlı araşdırma aparılır.