• 7 °C
|

İtaliyanın Baş naziri Corcia Meloni Floridada Donald Trampla görüşəcək

5 Yanvar 2025
img

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla Floridadakı iqamətgahında görüşəcək.

APA xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Meloni artıq ABŞ-yə yola düşüb.

Nəşrin yaydığı məlumata görə, mümkün müzakirə mövzuları arasında İranda həbs edilmiş italiyalı jurnalist Sesiliya Sala ilə bağlı vəziyyət də var.