• 6 °C
|

İtaliyanın Baş naziri Corcia Meloni Floridada Trampla görüşəcək – YENİLƏNİB

5 Yanvar 2025
img

İtaliyanın Baş naziri Giorgia Meloni danışıqlar aparmaq üçün ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida) iqamətgahına gəlib.

APA xəbər verir ki, bu barədə New York Times öz mənbələrinə istinadən məlumat yayıb.

Görüşün gündəliyi qeyri-müəyyən olaraq qalır, lakin Meloninin Trampla respublikaçıların Avropa ölkələri ilə fikir ayrılıqlarının yumşaldılmasını müzakirə edəcəyi gözlənilir.

***
02:18

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla Floridadakı iqamətgahında görüşəcək.

APA xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Meloni artıq ABŞ-yə yola düşüb.

Nəşrin yaydığı məlumata görə, mümkün müzakirə mövzuları arasında İranda həbs edilmiş italiyalı jurnalist Sesiliya Sala ilə bağlı vəziyyət də var.