22 İyn 2026

Litvada 3 milyon avro dəyərində düşmən PUA-lara qarşı istifadə olunacaq pilotsuz uçuş aparatının hazırlanması üçün tender elan edilib.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Müdafiə Resursları Agentliyi 10 iyul tarixinə qədər layihədə iştirak etmək istəyənlərdən müraciət gözləyir və bunun üçün 3 milyon avro ayrılıb", – məlumatda deyilir.
Layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ üçün prototip hazırlayacaq üç iştirakçı seçiləcək. İkinci mərhələ isə bu avadanlığın alınmasını əhatə edir.