
Macarıstan Ukraynaya hərbi yardım göstərmək və ölkə ərazisindən silah tranzitinə icazə vermək niyyətində deyil.
Bu barədə Macarıstanın Baş naziri Peter Magyar Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.
Magyar vurğulayıb ki, Budapeştin mövqeyi Ukraynaya silah tədarükünü, eləcə də Macarıstan ərazisindən silahların tranzitini istisna edir.
Baş nazir Ukraynanın Zakarpatye bölgəsində yaşayan macar azlığının hüquqlarının qorunmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bu məsələnin həlli ilə bağlı artıq razılıq əldə olunub.
Xatırladaq ki, Magyar iyul ayında Ankarada keçirilən NATO sammitində Macarıstanın yeni hökumətinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini, lakin silah göndərməyəcəyini açıqlamışdı.