06 İyn 2026

Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 7-də Londonda görüşməyi planlaşdırırlar.
BFMTV telekanalının məlumatına görə, görüşdə əsas müzakirə mövzularından biri Rusiya ilə mümkün danışıqlar olacaq.
Mənbələrin bildirdiyinə görə, liderlər Ukraynadakı vəziyyəti və münaqişənin diplomatik həlli perspektivlərini müzakirə edəcəklər.