• 22 °C
|

Minlərlə ukraynalı qaçqın Britaniyadakı işlərini itirə bilər

16 Yanvar 2025
img

Britaniyaya gələn minlərlə ukraynalı qaçqın vizanın uzadılmasına dair yeni qaydalara əsasən işlərini itirə bilər.

APA xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti “Opora” xeyriyyə təşkilatına istinadən məlumat yayıb.

“Britaniyadakı ukraynalı qaçqınlar işlərini itirirlər, çünki onların vizaları müddətinin bitməsinə bir ay qalmışdan tez uzadıla bilməz”, – məlumatda deyilir.