• 18 °C
|

NATO Londonda Rusiyaya zərbə ssenarisi ilə təlim keçirib

23 May 2026
img

NATO Londonda yerləşən istifadədən çıxarılmış “Çaring-Kross” metro stansiyasında Rusiyaya qarşı “dərin zərbə” əməliyyatlarının imitasiya olunduğu təlim keçirib.

“Independent” nəşrinin məlumatına görə, metro stansiyası alyansın yeraltı qərargahı kimi istifadə olunub.

Təlim zamanı hərbçilər radioelektron mübarizə vasitələri ilə rabitənin sıradan çıxarılması və pilotsuz aparatların məhv edilməsi ssenarilərini məşq ediblər.

Mühəndis bölmələri stansiyada NATO-nun sürətli reaksiya qərargahını yerləşdirib.