21 Yan 2025
“Steadfast Dart” təlimində 10 mindən çox NATO hərbçisi iştirak edəcək.
APA xəbər verir ki, bu barədə alyansın “X” hesabında məlumat verilib.
“Təlim NATO-nun istənilən sahədə və istənilən vaxt istənilən potensial rəqibə qarşı çevik reaksiya vermək və müdafiə olunmaq qabiliyyətini nümayiş etdirəcək”, – məlumatda deyilir.
Təlimlər yanvarın 13-dən fevralın 26-dək Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək.