26 İyn 2026

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb.
APA xəbər verir ki, hərracı “Sotheby’s” təşkil edib.
1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyon funt sterlinqə (1,7 milyon dollar) satılıb.
Hərracda Klod Mone, Vinsent Van Qoq, Pyer Bonnar və Mark Şaqalın əsərləri də alıcı tapıb.