
2022-ci ilin fevral ayından bəri Polşa Kiyevə 16,4 milyard zlotı (təxminən 4,5 milyard dollar) dəyərində silah və hərbi texnika verib.
APA xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış jurnalistlərə açıqlaması zamanı danışıb.
Onun məlumatına görə hərbi yardımın böyük hissəsi olan 14,9 milyard zlotı (4,1 milyard dollar) dəyərində yardım 2022-2023-cü illərdə Qanun və Ədalət Partiyasının hakimiyyəti dövründə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Hazırkı Polşa hökuməti isə Ukraynaya 1,5 milyard zlotı (0,4 milyard dollar) hərbi yardım göndərib.