08 İyl 2026

Rumıniya Ukraynadan Qara dəniz üzərində istifadə olunan pilotsuz uçuş aparatlarının ölkənin ərazi sularına daxil olacağı halda avtomatik özünü məhv etmə funksiyası ilə proqramlaşdırılmasını tələb edib.
APA xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Radu Mirutsa bildirib.
Onun sözlərinə görə, bununla bağlı Ukraynanın müdafiə naziri Mixail Fyodorova rəsmi müraciət göndərilib.