• 20 °C
|

Rusiya ordusunun Kiyevə hücumunda xəsarət alanların sayı 16-ya çatıb

8 Sentyabr 2026
img

Rusiya ordusunun gecə Kiyevə hücumunda xəsarət alanların sayı 16-ya çatıb.

APA xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri İvan Vıqovski bildirib.

Solomenski rayonunda iki nəfərin öldüyü bildirilir.

Vıqovskinin sözlərinə görə, 50-dən çox obyekt, yaşayış evləri, yataqxanalar, məktəb əraziləri, mağazalar, un istehsalı müəssisələri zərər görüb.

Bundan başqa Dnepr-Zaporojye qatarı Rusiya ordusunun zərbəsinə məruz qalıb, zərərçəkən olmayıb.