
Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərində yaşayış evinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Ukrayna mediasının məlumatına görə, Zaporojyedə daha 16 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
12 nəfərin taleyi isə hələ də məlum deyil.
***
11:07
Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərində yaşayış evinə endirdiyi zərbə nəticəsində azı 7 nəfər ölüb.
Bu barədə “RBK-Ukraina” Zaporojye Vilayət Hərbi Administrasiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 3-ü uşaqdır. Hücum nəticəsində 10 nəfər yaralanıb, onların arasında bir uşaq da var. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Zərbələrin endirildiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.