
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın sərt bəyanatlarından dərhal sonra Böyük Britaniyanın baş naziri ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, Zelenski Britaniya hökumətinin başçısına Rusiyanın Ukrayna şəhərlərinə aviabombalar, pilotsuz uçuş aparatları və ballistik raketlərlə davam edən hücumları barədə məlumat verib.
Ukrayna prezidenti Londonun ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib, əhalinin müdafiəsi və Avropanın təhlükəsizliyinin gücləndirilməsi üçün konkret qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb.