• 26 °C
|

Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: 4 nəfər ölüb, 28 yaralı var

29 İyun 2026

Rusiya ordusu sutka ərzində Ukraynanın Zaporojye regionunda 45 qəsəbəyə 973 hava zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə Zaporojye regionunun hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib.

Hücumlar nəticəsində 4 nəfər ölüb, 28 nəfər isə xəsarət alıb.

Məlumata görə, yaşayış obyektlərinə, nəqliyyat vasitələrinə və infrastruktura ziyan dəyib.